21/11/2018
16:48
7142
| A A A
Pley-off-un ilkin cütləri: Yığmamız nəyə ümid edə bilər?

AVRO-2020-nin pley-off mərhələsinin iştirakçılarının ilkin siyahısı bəlli olub.

Goal.az xəbər verir ki, Millətlər Liqasında qrup qalibi olan 16 komanda qitə çempionatının seçmə mərhələsində uğursuz çıxış etsə, pley-offda qüvvəsini sınaya biləcək.

Bu komandalardan bəzilərinin, xüsusilə A, hətta B liqasında qrup qalibi olanların böyük ehtimalla AVRO-2020 vəsiqəsini seçmə mərhələdən qazanacağı gözlənilir. Bu üzdən pley-offun ilkin cütlərinin tərkibində xeyli dəyişiklik gözlənilir.

Lakin indiki vəziyyətə əsasən 2020-ci ilin martında baş tuta biləcək pley-off mərhələsində bu cütlərin qarşılaşması mumkündü:

A liqası

İsveçrə - İngiltərə

Portuqaliya – Hollandiya

B liqası

Bosniya H. – İsveç

Danimarka – Ukrayna

C liqası

Şotlandiya - Finlandiya

Norveç - Serbiya

D liqası

Gürcüstan – Belarus

Makedoniya – Kosovo

Bu komandalardan hər hansı biri seçmə mərhələdə uğur əldə etsə, onu liqanın bunu bacarmayan ən yaxşı yığması əvəzləyəcək. D liqasında 7-ci olan Azərbaycan millisinin də pley-offa nəzəri şansı qalıb. Bunun üçün yığmamızdan öndə qərarlaşan 6 komandadan – Gürcüstan, Kosovo, Makedoniya, Belarus, Lüksemburq, Ermənistandan üçü seçmə mərhələdən AVRO-2020-yə yüksəlməlidi. Mümkünsüz görünən bu variant nəzəri cəhətdən istisna deyil.

Qeyd edək ki, pley-off iştirakçılarının yekun siyahısı seçmə mərhələ başa çatandan sonra bəlli olacaq. (matc.az)

Mourinyo hansı klubu çalışdırsın?

REAL MADRID
%
MILAN
%
BAYERN MUNICH
%
INTER
%
13 səs