23/11/2018
12:30
1405
| A A A
UEFA millimizin ev oyununun yerini dəyişir

AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisinin 2019-cu ilin mart-may aylarında keçiriləcək ev oyununun yeri dəyişdirilə bilər.

Goal.az AFFA-nın saytına istinadən xəbər verir ki, komandasının böyük azarkeş kütləsinin izləməsi ehtimal olunan ev oyunu bu müddətə təsadüf edərsə, həmin qarşılaşmanın səfərdə keçirilməsi mümkündü.

AFFA tərəfindən UEFA-ya bununla bağlı müvafiq qaydada müraciət olunub. Hazırda məsələyə UEFA tərəfindən baxılır.

Buna səbəb 2019-cu il mayın 29-da UEFA Avropa Liqasının final oyununun Bakıda keçirilməsidi. Çünki UEFA-nın Təşkilat Komitəsinin planına uyğun hazırlıq işləri ilə əlaqədar gələn ilin mart ayından etibarən Bakı Olimpiya Stadionu digər tədbirlər üçün qapalı olacaq.

Qeyd edək ki, AVRO-2020-nin seçmə mərhələsinin püşkatma mərasimi 2018-ci il dekabrın 2-də İrlandiyanın Dublin şəhərində keçiriləcək.