06/12/2018
14:10
1393
| A A A
Millimiz Almaniya ilə eyni qrupda

 Azərbaycanın 17 və 19 yaşadək futbolçulardan ibarət milli komandalarının Avropa çempionatının 2019/2020-ci il mövsümünün ilkin seçmə mərhələsindəki rəqibləri müəyyənləşib.

Goal.az xəbər verir ki, püşkün nəticələrinə əsasən, Ramin Quliyevin rəhbərlik etdiyi U-17 kollektivi Almaniya, Yunanıstan və Qazaxıstan yığmaları ilə birgə 9-cu qrupda mübarizə aparacaq.

Bu qrupun oyunları 2019-cu il noyabrın 13-dən 19-dək Yunanıstanda keçiriləcək.

Vüqar Məmmədin baş məşqçisi olduğu U-19 isə Çexiya, Norveç və San Marino komandaları ilə birgı 7-ci qrupda yer alıb.

Bu qrupun oyunları 2019-cu il oktyabrın 9-dan 15-dək Çexiyada təşkil olunacaq.