09/12/2018
12:55
11506
| A A A
Yığmanın məşqçisi olmağa 5 real namizəd - SİYAHI

Ötən gün Azərbaycan yığmasının baş məşqçisi 

Qurban Qurbanov 

istefa verib.

Goal.az futbol üzrə Azərbaycan yığmasının yeni baş məşqçisi ola biləcək TOP-5 namizədi təqdim edir:


Massimo Karrera

İtaliyalı mütəxəssis Moskva “Spartak”ına rəhbərlik edərək komandanı 16 il sonra çempionluğa daşıdı və bununla təkcə Rusiyanı deyil, bütün Avropanı heyran etdi. İş ondadır ki, Rusiya klubuna rəhbərlik etməmişdən əvvəl Karrera baş məşqçi kimi heç bir yerdə çalışmamışdı.

“Yuventus”un keçmiş futbolçusu Turin klubunda və İtaliya yığmasında hətta ikinci deyil, üçüncü məşqçi kimi fəaliyyət göstərmişdi. “Spartak”ın sükanı arxasına keçən kimi o, ilk mövsümdəcə böyük fərqlə Rusiya çempionatının və sonra Superkubokun qalibi oldu. 22 oktyabr 2018-ci ildə o, mövsümün əvvəlindəki qeyri-qənaətbəxş nəticələr səbəbindən istefaya göndərildi. Azarkeşlər klub rəhbərliyinin bu qərarına etirazlarını bildirdilər.

Vinçenzo Montella

Daha bir gənc italiyalı mütəxəssis bu yaxınlarda “Sevilya” sükanını tərk etdi və hazırda təklif gözləyir. Montella bir məşqçi kimi “Fiorentina”dakı uğurlu rəhbərliyi sayəsində tanındı və artıq o zaman hər kəs bu mütəxəssisin potensialı barədə danışmağa başladı. Sonra Montella növbə ilə “Sampdoriya” və “Milan”ı çalışdırdı. Lakin “Milan”da 44 yaşlı məşqçinin işləri istənilən kimi getmədi və rəhbərlik vaxtından əvvəl onu vəzifəsindən kənarlaşdırdı.

Ötən ilin sonundan bu ilin 28 aprelinə qədər Vinçenzo Montella “Sevilya”nı çalışdırdı və bu komandanın sükanı arxasında 28 oyun keçirdi.

Kike Sançes Flores

Vaxtilə “Valensiya”nın əfsanəvi futbolçusu olmuş Kike Sançes bu ilin aprel ayından işsizdir. Məşqçilik karyerasına “Real”ın akademiyasında başlayan Flores yeddi il ərzində “Valensiya”nın və sonra Madrid “Atletiko”sunun baş məşqçisi olub. O, “Atletiko” ilə Avropa Liqasının və UEFA Superkubokunun qalibi olub.

Flores sonuncu dəfə 2016-ci ildən 2018-ci ilə qədər “Espanyol”a rəhbərlik edib.

Paulu Souza

AFFA portuqaliyalı məşqçi ilə danışıqlar aparmağa qərar verərsə, Souza Floresdən daha çox məvacib tələb edəcək. Belə ki, onun çalışdığı sonuncu iş yeri bu ilin oktyabrına qədər rəhbərlik etdiyi Çinin “Tyanzin Tsyuantsyian” klubu olub ki, burada baş məşqçi “çox yağlı” müqaviləyə malik olub.

Loran Blan

Qəribə səslənsə də, Loran Blan artıq iki ildir ki, baş məşqçi kimi heç bir yerdə çalışmır. Onun sonuncu iş yeri “ulduzlar”la dolu “PSJ” olub ki, bu klubla da Loran Blan dörd dəfə Fransa çempionatı Liqa 1-in qalibi olub. Lakin çempionlar Liqasında məğlubiyyətlər alması səbəbindən Blan klub səhmdarlarının və azarkeşlərin ümidlərini doğrultmayıb.

Nəticədə, üç ildən artıq bir müddətdə çalışdığı vəzifəsini tərk edib və o da hazırda təklif gözləyir. Qeyd edək ki, Blan iki il Fransa yığmasının baş məşqçisi olub və komandanı AVRO-2012-nin ¼ final mərhələsinə çıxarıb, lakin həmin mərhələdə İspaniya yığmasına 0-2 hesablı məğlubiyyətdən sonra tutduğu vəzifəni tərk edib.

(oxu.az)

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

BARCELONA
%
MANCHESTER UNITED
%
LIVERPOOL
%
PORTO
%
JUVENTUS
%
AJAX
%
MANCHESTER CITY
%
TOTTENHAM
%
3638 səs