11/12/2018
13:14
1037
| A A A
U-21-in AVRO-2021-in seçmə mərhələsindəki rəqibləri müəyyənləşdi

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının AVRO-2021-in seçmə mərhələsindəki rəqibləri müəyyənləşib.

Goal.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində reallaşan püşkə əsasən, yığma Fransa, Slovakiya, İsveçrə, Gürcüstan və Lixtenşteyn kollektivləri ilə birgə 2-ci qrupda mübarizə aparacaq:

1-ci qrup: İtaliya, İsveç, İslandiya, İrlandiya, Ermənistan, Lüksemburq

2-ci qrup: Fransa, Slovakiya, İsveçrə, Gürcüstan, Azərbaycan, Lixtenşteyn

3-cü qrup: İngiltərə, Avstriya, Türkiyə, Kosovo, Albaniya, Andorra

4-cü qrup: Xorvatiya, Çexiya, Yunanıstan, Şotlandiya, Litva, San Marino

5-ci qrup: Serbiya, Polşa, Rusiya, Bolqarıstan, Latviya, Estoniya

6-cı qrup: İspaniya, İsrail, Monteneqro, Makedoniya, Qazaxıstan, Farer adaları

7-ci qrup: Portuqaliya, Hollandiya, Norveç, Belarus, Kipr, Cəbəllütariq

8-ci qrup: Danimarka, Rumıniya, Ukrayna, Finlandiya, Şimali İrlandiya, Malta

9-cu qrup: Almaniya, Belçika, Uels, Bosniya və Herseqovina, Moldova

Qeyd edək ki, 53 komandanın paylaşıldığı 9 qrupun qalibləri final mərhələsinə birbaşa vəsiqə qazanacaq. İkinci yeri tutan ən yaxşı göstəriciyə malik 8 komanda öz aralarında sonuncu vəsiqənin sahibini müəyyənləşdirəcək.

AVRO-2021-in meydan sahibləri Macarıstan və Sloveniya final mərhələsinə birbaşa qatılacaqlar.

Seçmə mərhələnin oyunları 18 mart 2019-cu ildə start götürəcək və 13 oktyabr 2020-ci ildə yekun vurulacaq. Pley-off oyunları 2020-ci il 9-17 noyabrda olacaq. Final mərhələsi isə 2021-ci ilin iyununda keçiriləcək.