11/12/2018
18:22
2957
| A A A
Adı millimizlə hallanan məşqçidən açıqlama

Milli komandamızın sükanı arxasına keçməyə əsas namizədlərdən olan Canni de Byazi xarici ölkə yığmasından təklif aldığını bildirib.

Goal.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, ancaq 62 yaşlı mütəxəssis bunun hansı ölkə olduğunu açıqlamayıb:

"Xarici ölkənin milli komandasını çalışdırmaqla bağlı təklif almışam və hazırda buna görə həyəcanlıyam".

İtaliyanın "Tuttomercatoweb.com" saytı isə C. de Byazi ilə AFFA arasında danışıqların davam etdiyini və məsələyə bu həftə içində aydınlıq gələ biləcəyini yazıb. İddiaya görə, təcrübəli mütəxəssis də millimizin sükanı arxasına keçməkdə maraqlıdır.

Qeyd edək ki, 2011-2017-ci illərdə Albaniya yığmasını çalışdıran Canni de Byazi bu komandanı tarixində ilk dəfə - 2016-cı ildə Avropa çempionatının final mərhələsinə yüksəldib. O, 2017-ci ilin sentyabrında baş məşqçi təyin edildiyi "Alaves"dən  isə  elə həmin ilin noyabrın 27-i qovulub.(qol.az)

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

BARCELONA
%
MANCHESTER UNITED
%
LIVERPOOL
%
PORTO
%
JUVENTUS
%
AJAX
%
MANCHESTER CITY
%
TOTTENHAM
%
3636 səs