15/12/2018
11:12
3159
| A A A
Fenerbahçe-yə görə millimizdən imtina etdi

Fenerbahçe-nin yeni baş məşqçisi Ersun  Yanal Azərbaycan millisini çalışdırmaqla bağlı AFFA-dan təklif alıb.

Goal.az xəbər verir ki, bu barədə Türkiyənin A Spor telekanalı məlumat yayıb. İddiaya görə, təcrübəli mütəxəssisin təklifləri arasında Azərbaycan yığma komandasını çalışdırmaq variantı da olub. Ancaq Fenerbahçe-dən dəvət alan çalışdırıcı sabiq komandasına qayıtmağı üstün tutub.

Qeyd edək ki, 2013-2014 mövsümündə də Fenerbahçe-ni çalışdıran və komandanı çempion edən Yanal İstanbul klubu ilə 1,5 illik müqavilə imzalayıb.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

BARCELONA
%
MANCHESTER UNITED
%
LIVERPOOL
%
PORTO
%
JUVENTUS
%
AJAX
%
MANCHESTER CITY
%
TOTTENHAM
%
2807 səs