21/12/2018
12:33
1296
| A A A
"Məhz buna görə Azərbaycanla oyun Zaqrebdə keçiriləcək" - Şuker

"Federasiyaya rəhbərlik etdiyim ilk dövrlərdə ev oyunlarını Split şəhərində keçirirdik. Biz həmişə orada oynamaq istəmişik".Goal.az "Sportklub"a istinadən yaydığı xəbərə görə, bu sözləri Xorvatiya Futbol Federasiyasının prezidenti Davor Şuker deyib.

Federasiya rəhbəri keçirdiyi mətbuat konfransında AÇ-2020-nin seçmə mərhələsində ev oyunlarının keçiriləcəyi şəhərlərin adlarını açıqlayıb. O, yığmamızla oyunun paytaxt Zaqrebə salınmasına aydınlıq gətirib: "Split və Dalmaçiyanın  sakinlərinin millinin oyununa böyük maraq göstərdiyini görmüşük. Bu ideya mənə məxsus idi və müəyyən məqamlara əsaslanırdı. Lakin birdən-birə qəti qərar vermək olmaz. Məhz buna görə Azərbaycanla oyunun paytaxt Zaqrebdə keçirilməsinə qərar verdik. Azərbaycandan başqa daha 3 ev oyunumuz olacaq. Bu matçları Rieka, Pula və Osiyek şəhərlərində keçirməyi planlaşdırırıq. Digər variantlar da var".

Qeyd edək ki, Xorvartiya - Azərbaycan oyunu martın 21-də "Maksimir" stadionunda keçiriləcək.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
28424 səs