29/12/2018
10:20
1629
| A A A
AFFA əsas namizədin adını açıqladı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə namizəd açıqlanıb.

Goal.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı xəbər yayıb.

AFFA-nın Məşqçilər Komitəsinin və baş katibliyin birgə fəaliyyəti çərçivəsində müxtəlif mütəxəssislərin namizədliyi müzakirə olunub. Həmin məşqçilərlə görüşlər keçirilib. Hazırda U-21-in baş məşqçisi vəzifəsinə namizəd serbiyalı mütəxəssis Milan Obradoviçdir.

Bütün şərtlərlə bağlı qarşılıqlı razılıq əldə ediləcəyi təqdirdə, Azərbaycan U-21 millisinin baş məqşçisi vəzifəsi Məşqçilər Komitəsinin təqdimatına əsasən Milan Obradoviçə həvalə olunacaq.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

BARCELONA
%
MANCHESTER UNITED
%
LIVERPOOL
%
PORTO
%
JUVENTUS
%
AJAX
%
MANCHESTER CITY
%
TOTTENHAM
%
3636 səs