31/12/2018
12:32
5824
| A A A
Məşhur baş məşqçi millimizdən imtina etdi

AFFA milli komandaya baş məşqçi axtarışını davam etdirir. 

Goal.az xəbər verir ki, yığmamızın sabiq çalışdırıcısı, hazırda Bosniya və Hersqovinanın baş məşqçisi olan Robert Prosineçki AFFA-ya Slaven Biliçi məsləhət görüb. Səudiyyə Ərəbistanının Al Etihad klubunda çalışan xorvatiyalı mütəxəssis isə millimizdə işləməkdən imtina edib. O, müqaviləsinin olduğunu və yığmamızda uğur qazana bilməyəcəyini bildirib.

Qeyd edək ki, 50 yaşlı çalışdırıcı Xorvatiya millisi, Hajduk, Lokomotiv, Beşiktaş və West Ham-in "sükanı arxası"nda olub. 2014/17-ci illərdə yığmamıza rəhbərlik edən Robert Prosineçki Xorvatiya millisində Biliçin köməkçisi olub.