04/01/2019
17:33
3731
| A A A
Galatasaray-ın sabiq baş məşqçisi millimizi çalışdıra bilər
Azərbaycan millisinin baş məşqçi postuna daha bir namizəd açıqlanıb.
Goal.az "mozzartsport.com"a istinadən xəbər verir ki, xorvat mütəxəssis İqor Tudor yığmamızın baş məşqçisi olmağa namizədlərdən biridi.
45 yaşlı mütəxəssisin son iş yeri Udinese klubu olub. İtaliya təmsilçisi cari mövsümün əvvəlində uğursuz çıxışa görə onunla yollarını ayırıb. Tudor əvvəllər Xorvatiyanın Hayduk (2013-2015), Yunanıstanın PAOK (2015-2016), Türkiyənin Karabükspor (2016-2017) və Galatasaray (2017) klublarını çalışdırıb.
Sabiq müdafiəçi futbolçu karyerası ərzində Xorvatiyanın Hayduk, Trogir, İtaliyanın Juventus və Siena klublarında çıxış edib, milli komandada keçirdiyi 55 oyunda 3 qol vurub. 
O, karyerası ərzində Juventus-la İtaliya A Seriyasnın (2 dəfə) və B Seriyasın (1), həmçinin ölkə Super Kubokunun (2), UEFA İntertoto Kubokunun (1) qalibi olub, 2002/03 mövsümündə Çempionlar Liqasının finalında oynayıb, Xorvatiya millisi ilə 1998-ci ildə dünya çempionatının bürünc medalına sahib çıxıb.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
34132 səs