07/01/2019
15:10
1463
| A A A
Millimizin futbolçuları Beşiktaş-ın əsas komandasına cəlb olundu

Beşiktaş Antalyada təlim-məşq toplanışına başlayıb.

Goal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, heyətdə Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət yığması ilə 2016-cı ildə Bakıdakı Avropa çempionatında iştirak etmiş iki futbolçu da yer alıb. Bunlar müdafiəçilər Ege Atlam və Hüseyin Seyliğlidır. Baş məşqçi Şenol Günəş hər iki oyunçunu Beşiktaş-ın əsas komandasına cəlb edib.

Hər iki müdafiəçi Avropa çempionatından sonra da Azərbaycan millisinə cəlb olunub. Seyliğli son olaraq 2018-ci ilin noyabrında Ukrayna, Bosniya və Herseqovina ilə yoldaşlıq matçları üçün U-21 yığmasına çağırılıb. Atlam isə 2017-ci ilin yanvarında Rusiyanın Sankt-Peterburq şəhərində Valentin Qranatkinin xatirəsinə keçirilmiş beynəlxalq turnirə aparılıb.

Qeyd edək ki, Beşiktaş-ın Antalya toplanışı yanvarın 14-dək davam edəcək.