11/01/2019
17:54
3128
| A A A
Milli serbiyalı məşqçiyə həvalə olundu - RƏSMİ

Azərbaycanın U-21 millisinin baş məşqçisi müəyyənləşib.

Goal.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığmamızı Milan Obradoviç çalışdıracaq.

Belə ki, assosiasiyanın Məşqçilər Komitəsinin tövsiyəsinə uyğun olaraq, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məqşçisi vəzifəsi serbiyalı mütəxəssisə həvalə olunub.

Pro kateqoriyasına malik Obradoviç bunadək 2014-15-ci illərdə Napredak-da (Krusevac, Serbiya), 2015-ci ildə Zavrc-da (Sloveniya) köməkçi məşqçi, 2015-2017-ci illərdə Koper (Sloveniya) - baş məşqçi kimi çalışıb. 2017-ci ildə Serbiya U-19 və U-20, həmçinin U-17 yığmalarına rəhbərlik edən çalışdırıcı 2 həmin il əsas millidə köməkçi məşqçi təyin olunub. O, bu vəzifə ilə 2018-ci FIFA Dünya çempionatına da qatılıb. 42 yaşlı çalışdırıcının son iş yeri ölkəsinin yığmasında köməkçi məşqçi vəzifəsi olub.

Obradoviç futbolçu karyerasında Yuqoslaviyanın U-21 millisində 12, əsas yığmasında 8 oyun keçirib. Oyunçu 1998-2001-ci illərdə Obilich (Belqrad, Serbiya), 2001-2003-cü illərdə Lokomotiv (Moskva, Rusiya), 2003-2004-cü illərdə Borussia (Mönhenqladbax, Almaniya), 2004-2005-ci illərdə Akratitos (Afina, Yunanıstan), 2006-2013-cü illərdə Metallist (Xarkov, Ukrayna), 2013-2014-cü illərdə Partizan (Belqrad, Serbiya), 2014-cü ildə OFK-nın (Belgrad, Serbiya) şərəfini qoruyub.

Lokomotiv-lə Rusiya çempionu və Superkubokun qalibi olan Obradoviç UEFA Çempionlar Liqasında 15, UEFA Avropa Liqasında 36 oyunda meydana çıxıb.