12/01/2019
21:46
1436
| A A A
Deyan Lovren Azərbaycanla oyunu buraxacaq

Xorvatiya yığmasının futbolçusu Deyan Lovren AVRO-2020-nin seçmə mərhələsinin I turunda Azərbaycan millisi ilə ev oyununda iştirak edə bilməyəcək.

Goal.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb 30 yaşlı mərkəz müdafiəçisinin Avropa futbol qurumunun İntizam Komitəsi tərəfindən cəzalandırılmasıdır. Liverpool-un legioneri Millətlər Liqasının qrup mərhələsinin sonuncu turunda evdə İspaniyanı 3:2 hesabı ilə məğlub etdikləri görüşün ardından sosial şəbəkədə rəqib oyunçuları təhqir edib. Bu səbəbdən, Lovren 1 matçlıq diskvalifikasiya edilib.

Xorvatiya Futbol İttifaqı isə İspaniya ilə qarşılaşmada azarkeşlərin meydana kənar əşyalar atması və tribunalar arasındakı pilləkənlərin tutulmasına görə 13 min avro cərimələnib.

Qeyd edək ki, Xorvatiya – Azərbaycan matçı martın 21-də keçiriləcək.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

BARCELONA
%
MANCHESTER UNITED
%
LIVERPOOL
%
PORTO
%
JUVENTUS
%
AJAX
%
MANCHESTER CITY
%
TOTTENHAM
%
3636 səs