21/01/2019
20:00
2596
| A A A
Azərbaycan millisindən təklif aldığını açıqladı

 Futbol üzrə Qazaxıstan yığmasının baş məşqçi postundan ayrılan Stanimir Stoylov Azərbaycan millisinə rəhbərlik etmək variantını şərh edib.

Goal.az xəbər verir ki, 52 yaşlı bolqarıstanlı mütəxəssis vesti.kz saytına geniş müsahibəsində hazırda bunun mümkün olmadığını bildirib. Onun sözlərinə görə, ciddi bir təklifi yoxdur: “Müxtəlif variantlar haqqında çox oxumuşam. Düzünü deyim ki, Qazaxıstanda işləyə biləcəyim az variant var. Məşqçi peşəkarlığını göstərib, öz töhfəni verə biləcəyin iki lider klub var. İndiki durumda qalanları ciddi deyil. İnsanlar əmək haqlarını müzakirə etməyi sevir. Amma mənim üçün bu, ilk yerdə deyil. Bəli, işimə görə yaxşı pul alıram. “Ordobası” heç vaxt planlarıma daxil olmayıb. Hazırkı mərhələdə isə bu da Azərbaycan yığması variantı kimidir. Amma heç kim 5 – 10 il sonra harada olacağını bilmir”.

Stoylov vətəni Bolqarıstanda azarkeşlər tərəfindən sevildiyini, lakin sabiq klubu “Levski”nin onun dönüşünə hazır olmadığını vurğulayıb.

Qeyd edək ki, Qazaxıstan millisi çexiyalı Mixal Bilekə tapşırılıb. AFFA isə Azərbaycan millisinin baş məşqçi vəzifəsi üçün namizədləri gözdən keçirməkdədir. (Report)

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
27013 səs