21/01/2019
20:46
1767
| A A A
Yığma komandalar ləğv olunmayacaq - açıqlama

16, 18 və 20 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmaları fəaliyyətini davam etdirəcək.

Bu barədə açıqlamasına AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla məlumat verib.

Qurum rəsmisi bildirib ki, son vaxtlar mətbuatda aşağı yaş qrupu üzrə 3 millinin (U-16, U-18, U-20) ləğv olunması xəbəri həqiqətə uyğun deyil.

Sadəcə, həmin komandaların baş məşqçiləri ilə bağlı araşdırmalar davam edir: "Bu, yanlış informasiyadı. Komandalar fəaliyyət göstərəcək. Sadəcə, hazırda baş məşqçilərin adları bilinmir. Bu istiqamətdə də AFFA müzakirələr aparır". (Matc.az)

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

BARCELONA
%
LIVERPOOL
%
AJAX
%
TOTTENHAM
%
9487 səs