24/01/2019
11:16
3485
| A A A
U-21-in heyətində dəyişiklik

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyətində dəyişiklik olub.

Goal.az xəbər verir ki, “Neftçi” klubunun müraciəti əsasında U-21-in məşqlərindən azad edilən Kamran İbrahimov dünən komandasının “Slovan”la keçirdiyi yoxlama oyunundan sonra millinin düşərgəsinə qoşulub.

Yanvarın 21-dən Antalyada təlim-məşq toplanışında olan yığma bu gün Bakı vaxtı ilə saat 12:00-da “Spartak-2” (Moskva) komandası ilə yoxlama oyunu keçirəcək. Qapıçı bu görüşdə də iştirak etmək şansı qazanıb.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5573 səs