25/01/2019
10:47
2623
| A A A
Millimizin iki oyununun yeri dəyişdirildi

Milli komandamızın AÇ-2020-nin seçmə mərhələsindəki ev oyunlarından ikisinin stadionu dəyişdirilib.

Goal.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, iyunun 8-də Macarıstan, iyunun 11-də isə Slovakiya ilə keçiriləcək qarşılaşmalar əvvəlcədən nəzərdə tutulduğu kimi Bakı Olimpiya Stadionunda (BOS) deyil, "Bakcell Arena"da oynanılacaq.

Mayın 29-da BOS-da Avropa Liqasının final oyunu, həmin qarşılaşmaya hazırlıq prosesi, final matçı başa çatdıqdan sonra stadionun digər oyunlara hazırlanması üçün tələb olunan vaxt nəzərə alınaraq bu qərar verilib.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
14474 səs