25/01/2019
14:33
2500
| A A A
AFFA-nın Hesabat Konfransının vaxtı açıqlandı

AFFA İcraiyyə Komitəsinin növbəti Hesabat Konfransının vaxtı müəyyənləşib.
Goal.az-ın qurumun rəsmi saytına istinadən məlumatına görə, yığıncaq martın 4-də baş tutacaq. 
Saat 10:00-da “Hilton” otelində əvvəlcə Hesabat Konfransı, ardından isə İcraiyyə Komitəsinin iclası keçiriləcək.AFFA-nın Nizamnaməsinin 29-cu maddəsinə əsasən, Konfransın Gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

- Prezident tərəfindən salamlama;

- Yığıncağın tərkibinin yoxlanılması;

- İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təqdim olunması;

- Maliyyə hesabatının təsdiq olunması;

- Müstəqil auditorun və AFFA-nın Yoxlama və Təftiş Komitəsinin hesabatını nəzərə almaq;

- Növbəti ilin büdcəsinin təsdiq olunması;

- Hər hansı vakant vəzifəyə seçkilər;

- AFFA üzvlərinin təkliflərinin qəbul olunması;

- Digər məsələlər

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
14474 səs