01/02/2019
13:32
2965
| A A A
Anjelo Alessio: "Azərbaycan yığmasında işləmək şərəf olar"

Futbol üzrə Azərbaycan millisinin yeni baş məşqçisi italiyalı Anjelo Alessio ola bilər.

Goal.az xəbər verir ki, çalışdırıcı hətta Azərbaycana da gəlib.

Alessio özü də məlumatı təsdiq edib. Futbolinfo-y-a açıqlama verən çalışdırıcı Bakıda olduğunu bildirib: "Hələlik, heç nə dəqiqləşməyib. Amma mən ötən həftə Azərbaycana gəlmişdim. Antonio Kontedən ayrıldıqdan sonra özüm baş məşqçi kimi işləmək istəyirəm. Bu baxımdan Azərbaycan millisi mənim üçün əla variantdır. Əlbəttə, futbolunuz haqqında bilirəm. Hətta milli komandanın bütün üzvlərini də tanıyıram".

Çalışdırıcı AFFA-nın qərarını gözlədiyini bildirib: "Mənim üçün Azərbaycan yığmasında işləmək şərəf olar. Amma bu barədə son qərarı federasiya verəcək. Hazırda onların son sözünü gözləyirəm".

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
14474 səs