03/02/2019
12:48
1809
| A A A
Yığmanın son rəqibləri müəyyənləşdi

Futzal üzrə Azərbaycan milli komandasının final mərhələsi 2020-ci ildə Litvada təşkil ediləcək dünya çempionatının əsas mərhələsindəki son 2 rəqibi müəyyənləşib.

Goal.az-ın AFFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, 3-cü qrupda yer alan yığmamız Slovakiya ilə bərabər, Moldova və Monteneqro komandaları ilə də qarşılaşacaq. İlkin mərhələdə çıxış edən Moldova H qrupunun qalibi, Monteneqro isə G qrupunun ikincisi kimi mübarizəni davam etdirmək hüququ qazanıb.

Qeyd edək ki, millimizin yer aldığı 3-cü qrupun oyunları oktyabrın 22-dən 27-dək Bakıda keçiriləcək. Qrupda ilk iki yeri tutacaq komanda elit-raunda vəsiqə qazanacaq

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
8573 səs