05/02/2019
17:31
2695
| A A A
U-19 yığmamızın heyəti açıqlandı

Avropa çempionatının elit-raund mərhələsinə hazırlaşan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının fevralın 6-dan 9-dək Bakıda, ayın 10-dan 18-dək isə İspaniyanın Mursiya şəhərində təlim-məşq toplanışı olacaq.

Goal.az-ın AFFA-nən rəsmi saytına istinadən yaydığı xəbərə görə, yığmamız hazırlıq prosesi çərçivəsində fevralın 12-də İspaniyanın, 2 gün sonra Ranero klubunun və fevralın 17-də Şotlandiyanın müvafiq yaş qrupundan ibarət komandaları ilə yoldaşlıq oyunları keçirəcək.

Artıq toplanışa dəvət olunmuş futbolçuların siyahısı açıqlanıb. Hazırlıq prosesinə 20 futbolçu çağırılıb: 

Nicat Mehbaliyev, İbrahim Hüseynov, Rauf Hüseynli, Zamiq Əliyev, Tural Bayramov, Elvin Cəfərquliyev, Musa Qurbanlı (hamısı Qarabağ), Rüstəm Nuriyev, Vüsal Məsimov, İdris İnqilablı (hamısı Qəbələ), Zahid Mərdanov, Şakir Seyidov, Emil Qasımov (hamısı Sabah), Nail Alışov, Turan Vəlizadə (hər ikisi Neftçi), Əkbər Vəliyev (Keşlə), Elnur İbrahimov (Spartak-2, Moskva, Rusiya), Maksim Bayramov (Arminiya, Almaniya), Murad Mahmudov (FSV Frankfurt, Almaniya), Kamran Quliyev (Jonova, Litva).

Qeyd edək ki, Murad Mahmudov və Maksim Bayramov komandanın düşərgəsinə fevralın 10-da qoşulacaq.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
14632 səs