09/02/2019
14:05
3307
| A A A
Millimizin baş məşqçisi vəzifəsinə namizəd Bakıda - AFFA açıqladı

Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə namizəd Nikola Yurçeviç Bakıya gəlib.

Goal.az-ın xəbərinə görə, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Bildirilib ki, federasiya ilə aparılacaq müzakirələr ərəfəsində xorvatiyalı mütəxəssis Topaz Premyer Liqasının 16-cı turu çərçivəsində keçiriləcək bir neçə oyunu izləyəcək.

Qeyd edək ki, məşqçilik karyerasına 2002-ci ildə ölkəsinin Zagreb klubunda başlayan Yurçeviç daha sonra Zaqreb Dinamo-su, Avstriyanın Austria və Xorvatiyanın Slaven Belupo komanalarını çalışdırıb. O, 2006-2017-ci illərdə müvafiq olaraq Xorvatiya yığması, Moskva Lokomotiv-i, Beşiktaş və West Ham-də Slaven Biliçin köməkçisi olub. Təcrübəli mütəxəssis son olaraq, Zaqreb Dinamo-sunu çalışdırıb. O, ötən mövsümün sonuna 2 tur qalmış istefaya göndərilib.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
28648 səs