11/02/2019
21:10
1147
| A A A
Azərbaycan millisinin baş məşqçisi müəyyənləşib

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi müəyyənləşib.

Goal.az AFFA-nın saytına istinadən xəbər verir ki, bu posta xorvatiyalı mütəxəssis Nikola Yurçeviç təyin olunub.

Yaxın günlərdə 53 yaşlı məşqçi ilə müvafiq müqavilə imzalanacaq.

Qeyd edək ki, Nikola Yurçeviç baş məşqçi fəaliyyətinə 2002-ci ildə ölkəsinin Dinamo (Zaqreb) komandasında başlayıb. O, 2005-ci ildə isə Avstriyanın Austria və Xorvatiyanın Slaven Belupo kollektivlərinə rəhbərlik edib. Bundan sonra S.Biliçin məşqçi korpusunda yer alan mütəxəssis Xorvatiya millisində (2006 - 2012), eləcə də Rusiyanın Lokomotiv, Türkiyənin Beşiktaş və İngiltərənin West Ham komandalarında köməkçi-məşqçi funksiyasını yerinə yetirib. N.Yurçeviç son olaraq 2018-ci ildə Zaqreb Dinamo-sunun baş məşqçisi olub.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
7333 səs