19/02/2019
10:55
1913
| A A A
Xorvat futbolçu millimizlə hər 2 oyunu buraxacaq

Xorvatiya milli komandasının futbolçusu Şime Vrsalko AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan yığmasına qarşı hər iki oyunu buraxacaq.

Goal.az "Football Italia"ya istinadən xəbər verir ki, əməliyyat olunan 28 yaşlı müdafiəçi yaşıl meydanlara qayıdacağı vaxtı açıqlayıb. 

O, zədəsinin bərpa müddətinin 8-10 ay çəkəcəyini bildirib: "Bu, mənim keçirdiyim əməliyyat üçün normal müddətdir. Hər şey yaxşı oldu və bu çox önəmli şeydir. Məqsədim daha yaxşı formada futbola qayıtmaqdır. Tələsmirəm və hər zamankından daha güclü olacağam".

Hazırda icarə əsasında İtaliya "İnter"ində çıxış edən futbolçunun yayda yenidən İspaniya "Atletiko"suna qayıdışı gözlənilir.

Qeyd edək ki, Azərbaycan millisi Xorvatiya, Uels, Slovakiya və Macarıstan yığmaları ilə birgə E qrupunda mübarizə aparacaq. Yığma Xorvatiya ilə martın 21-də səfərdə, sentyabrın 9-da isə evdə qarşılaşacaq.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

TOTTENHAM
%
LIVERPOOL
%
16585 səs