11/03/2019
21:50
1494
| A A A
Millimizin elit-raund üçün heyəti açıqlandı

Avropa çempionatının elit-raund mərhələsində iştirak edəcək 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyəti açıqlanıb.

Goal.az-ın AFFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, baş məşqçi Vüqar Məmməd 20 futbolçuya dəvət göndərib.

Qeyd edək ki, yığmamız martın 15-dən etibarən Rusiyanın Krasnodar şəhərində təlim-məşq toplanışına başlayacaq. Komandamız elit-raunddakı ilk oyununu martın 20-də ruslara qarşı keçirəcək.

Qapıçılar: 1. Nicat Mehbaliyev ("Qarabağ"), 2. Nail Alışov ("Neftçi"), 3. Rüstəm Samuqullin ("Stroqina, Moskva, Rusiya)

Müdafiəçilər: 4. Elnur İbrahimov ("Spartak-2", Moskva, Rusiya), 5. İbrahim Hüseynov ("Qarabağ"), 6. Zahid Mərdanov ("Sabah"), 7. Rauf Hüseynli ("Qarabağ")

Yarımmüdafiəçilər: 8. Rüstəm Nuriyev ("Qəbələ"), 9. Vüsal Məsimov ("Qəbələ"), 10. Zamiq Əliyev ("Qarabağ"), 11. Şakir Seyidov ("Sabah"), 12. İdris İnqilablı ("Qəbələ"), 13. Turan Vəlizadə ("Neftçi"), 14. Tural Bayramov ("Qarabağ"), 15. Sərhad Daşdəmir ("AFC Fylde", İngiltərə), 16. Elvin Cəfərquliyev ("Qarabağ"), 17. Murad Mahmudov ("FSV Frankfurt", Almaniya)

Hücumçular: 18. Kamran Quliyev ("Yonova", Litva), 19. Musa Qurbanlı ("Qarabağ"), 20. Emil Qasımov ("Sabah")

Yığmamızın oyunlarının təqvimi:

20 mart

18:00. Azərbaycan - Rusiya

23 mart

13:00. İrlandiya – Azərbaycan

26 mart

18:00. Rumıniya – Azərbaycan

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

TOTTENHAM
%
LIVERPOOL
%
16584 səs