21/03/2019
09:55
2037
| A A A
Azərbaycan millisi Xorvatiya səfərində

Bu gün Avropa çempionatının seçmə mərhələsinə start veriləcək.



Goal.az xəbər verir ki, E qrupunda yer alan Azərbaycan millisi ilk sınağına çıxacaq.

Komandamız yeni baş məşqçi Nikola Yurçeviçin rəhbərliyi altında birinci oyununu Zaqrebdə keçirəcək. Rəqib Yurçeviçin həmyerliləri Xorvatiya yığması olacaq.

Son dünya çempionatının finalçısı nəinki bugünkü görüşün, ümumiyyətlə, qrupun aşkar favoritidir. Ancaq Xorvatiya yığmasının keçmiş məşqçisi Yurçeviç debüt matçında həmyerlilərinə sürpriz yaşatmaq niyyətindədir.

AVRO-2020-nin seçmə mərhələsi

E qrupu, I tur

21 mart

23:45. Xorvartiya - Azərbaycan

Hakimlər: Georgi Kabakov, Martin Marqaritov, Divan Valkov, Nikola Popov (hamısı Bolqarıstan)

Hakim-inspektor: Nikolay İvanov (Rusiya)

UEFA nümayəndəsi: Emil Ubias (Çexiya)

Zaqreb, Maksimir stadionu

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

TOTTENHAM
%
LIVERPOOL
%
16584 səs