25/03/2019
10:22
2989
| A A A
Azərbaycan millisi Litvanı qəbul edir

Azərbaycan millisi bu gün növbəti oyununa çıxacaq.

Goal.az xəbər verir ki, AVRO-2020-nin seçmə mərhələsinin II turunda istirahət edən yığmamız Litva ilə yoxlama görüşündə üz-üzə gələcək. Bu, komandamızın 2019-cu ildə ikinci görüşü olacaq.

Millimiz həm də, yeni baş məşqçi Nikola Yurçeviçin rəhbərliyi altında ilk yoldaşlıq görüşünə çıxacaq. Onun rəhbərliyi altında ilk oyununu 4 gün öncə Zaqrebdə 2020-ci il Avropa çempionatının seçmə qrup mərhələsində keçirən yığmamız meydandan məğlub ayrılmışdı - 1:2.

Komandamız Litva ilə üçüncü dəfə qarşılaşacaq. 1998-ci ildə rəqibini 2:1 hesabı ilə məğlub edən təmsilçimiz 2008-ci ildə 0:1 hesabı ilə uduzub.

Yoxlama oyunu

25 mart

18:00. Azərbaycan – Litva

Bakı. Bakcell Arena. Baş hakim: Fesnik Horatiu (Rumıniya)

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
34158 səs