25/03/2019
20:15
6094
| A A A
Azərbaycan millisi Litva ilə bacarmadı

Milli komandamız bu gün yeni baş məşqçi Nikola Yurçeviçin rəhbərliyi altında ikinci oyununa çıxıb.

Goal.az-ın məlumatına görə, yığmamız yoldaşlıq oyununda Bakıda Litva seçməsi ilə qarşılaşıb və qolsuz bərabərə qalıb. 

Litva ilə oyun komandamızın bu yığmaya qarşı 3-cü matçı olub. Azərbaycan millisi bundan əvvəlki 2 qarşılaşmanın birində qalib (2:1), digərində isə məğlub (0:1) olub.

FİFA reytinqində isə yığmamız daha irəlidədir. Komandamız 26-cı, Litva isə 41-ci pillədə qərarlaşıb. 

Qeyd edək ki, millimiz 4 gün öncə AÇ-2020-nin seçmə mərhələsində səfərdə Xorvatiyaya 1:2 hesabı ilə uduzub. 

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
34157 səs