05/06/2019
14:26
4155
| A A A
Millinin oyunu bir dəqiqəlik sükutla başlayacaq

Azərbaycan millisinin iyunun 8-də Macarıstanla keçirəcəyi 2020-ci il Avropa çempionatının seçmə oyunu 1 dəqiqəlik sükutla başlayacaq.

Goal.az-ın məlumatına görə, bu barədə UEFA sabiq prezidenti Lennart Yuhanssonun vəfatı ilə əlaqədar qərar qəbul edib. Qərara əsasən, Azərbaycanın U-21 yığmasının iyunun 6-da səfərdə Lixtenşteynlə keçirəcəyi AVRO-2021-in seçmə oyununda da mərhum yad ediləcək.

Sayqı duruşu UEFA Millətlər Liqasının bütün qarşılaşmalarına, bu həftə keçiriləcək AVRO-2020-nin təsnifat matçlarına və 21 yaşadək futbolçular arasında seçmə mərhələ oyunlarında yerinə yetiriləcək.

Qeyd edək ki, Lennart Yuhansson 89 yaşında dünyasını dəyişib.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
8728 səs