08/06/2019
10:00
872
| A A A
Bu gün millimiz Macarıstanla qarşılaşacaq

Bu gün AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində növbəti oyunlar keçiriləcək.



Goal.az xəbər verir ki, milli komandamız da tsikl çərçivəsində növbəti oyununu keçirəcək.

Nikola Yurçeviçin yetirmələri doğma meydanda Macarıstan yığması ilə üz-üzə gələcəklər. Bu görüşə qədər millimiz 1, qonaqlar isə 2 oyuna çıxıblar.

Macarlar qrupun ilk görüşündə Slovakiyaya məğlub olsalar da, sonradan Xorvatiya üzərində qələbə qazanmağı bacarıblar.

Yığmamız isə yeni baş məşqçisi Yurçeviçin rəhbərliyi altındakı ilk görüşündə xorvatiyalının həmyerlilərinə qarşı oynayıb və 1:2 hesabı ilə uduzub.

Komandamız hazırda 1 oyundan sonra xal toplamayaraq sonuncu pillədə qərarlaşıb. Macarıstanın isə 2 oyundan sonra 3 xalı var və 3-cü pillədədir.

AVRO-2020-nin seçmə mərhələsi

E qrupu

8 iyun

20:00. Azərbaycan – Macarıstan

Baş hakim: Kevin Blom (Hollandiya). Bakı, “Baksell Arena”

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
17080 səs