11/06/2019
09:40
2217
| A A A
Azərbaycan millisinin növbəti sınağı

Bu gün AVRO-2020-nin seçmə qrup mərhələsi çərçivəsində IV tura yekun vurulacaq.

Goal.az xəbər verir ki, Azərbaycan millisi yer aldığı E qrupunda 3-cü oyununa çıxacaq.

Nikola Yurçeviçin kollektivi Slovakiya ilə qarşılaşacaq. Komandamız Avropa çempionatına vəsiqəni hədəfləyən rəqibini "Bakcell Arena"da qəbul edəcək.

Üç gün əvvəl eyni məkanda Macarıstana məğlub olan (1:3) yığmamız ilk 2 oyunda aktivinə xal yazdıra bilməyib. Qrupda xal qazanmayan yeganə komanda olan Yurçeviçin yetirmələri qarşısına məqsəd qoyduğu final mərhələsi şansını davam etdirmək üçün mütləq qələbə qazanmalıdır.

Tarixi ərzində 250-ci oyununa çıxacaq millimiz 49-u qələbəsini qazanmağa çalışacaq.

AVRO-2020-nin seçmə mərhələsi

E qrupu

20:00. Azərbaycan - Slovakiya

Hakimlər: Con Biton, Alan Malvenni, Sin Karr, Donald Robertson (hamısı Şotlandiya)

"Bakcell Arena"

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
27400 səs