11/06/2019
21:50
4615
| A A A
Slovakiya millimizi yubiley oyununda darmadağın etdi

AVRO-2020-nin seçmə qrup mərhələsinin IV turu çərçivəsində Azərbaycan millisi Slovakiyanı qəbul edib. 

Goal.az xəbər verir ki, oyun millimizin E qrupunda 3-cü oyunu olub. Daha əvvəl səfərdə Xorvatiyaya (1:2), evdə Macarıstana məğlub olan (1:3) yığmamız ilk 2 oyunda aktivinə xal yazdıra bilməmişdi.

Oyun qonaqların üstünlüyü ilə başlayıb. Labotka 8-ci dəqiqədə fərqlənməklə rəqibi hesabda önə çıxarıb - 0:1.

27-ci dəqiqədə rəqib millimizin qapısından 2-ci topu keçirib. Qonaqların heyətində Kuçka fərqlənib.

Millimizin hücumçusu Ramil Şeydayev 29-cü dəqiqədə qollardan birinin əvəzini çıxıb - 1:2.

Millimizin qol sevinci uzun sürməyib. 1 dəqiqə sonra qonaqların kapitanı Marek Hamşik gözəl zərbə ilə topu doqquzluğa göndərib - 1:3. 

Oyunun ilk hissəsində başqa qol olmayıb. 

İkinci hissə millimizin ardıcıl hücumları ilə başlasa da, fərqlənən tərəf qonaqlar olub. Hamşik dubl etməklə komandasının dördüncü qoluna imza atıb. Qeyd edək ki, sözügedən futbolçu millimizlə oyunda iştirakla, Slovakiya millisinin tarixində ən çox oyun  keçirən oyunçu olub - 114 oyun. O 2 qol vurmaqla daha bir rekord qıraraq milli tarixində ən çox qol vuran futbolçu (24 qol) adını alıb.

David Hanko 85-ci dəqiqədə fərqlənməklə hesab arasındakı fərqi bir qədər də artırıb - 1:5.

Oyunda başqa qol vurulmayıb və millimiz yubiley (250) matçında böyükhesablı məğlubiyyətlə üzləşib.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
28660 səs