03/07/2019
10:23
4245
| A A A
Türk futbolçuya Azərbaycan millisindən dəvət

Kayserispor klubunun futbolçusu Hasan Hüseyin Acar Azərbaycan millisinə dəvət alıb.

Goal.az “Hürriyet” nəşrinə istinadən xəbər verir ki, o, təklifə müsbət yanaşdığını gizlətməyib: “Təklif gəldiyi doğrudur. Düşünürəm və isti baxıram. Millidə oynamağı hər kəs istər. Əlbəttə, Türkiyə yığmasının formasını geyinmək istərdim. Ancaq Azərbaycan millisində oynamaq da qürurverici olar”.

Qeyd edək ki, Hasan Hüseyin Acar ötən yay Eskişehirspor-dan Kayserispor-a keçib. Yarımmüdafiəçi ötən mövsüm Türkiyə Super Liqasında keçirdiyi 17 oyunda 3 qol vurub.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
34046 səs