25/07/2019
15:26
2444
| A A A
Azərbaycan millisi FIFA reytinqində irəliləyib, rəqibləri geriləyib

FIFA milli komandaların yeni reytinq siyahısını açıqlayıb.

Goal.az xəbər verir ki, Azərbaycan millisinin mövqeyi dəyişib. Nikola Yurçeviçin baş məşqçilik etdiyi kollektiv ötən ayla müqayisədə bir pillə irəliləyib.

Komanda hazırda Bəhreynlə eyni miqdarda - 1188 xalla 109-cu yerdədir. Bu irəliləyiş Zimbabvenin 3 pillə geriləməsi sayəsində gerçəkləşib.

Yığmanın AVRO-2020-nin seçmə mərhələsindəki rəqiblərindən yalnız Slovakiyanın movqeyi dəyişməz qalıb. Komanda 1491 xalla 31-cidir.

Digər üç komanda - Xorvatiya, Uels və Macarıstan isə siyahıda geriləyiblər. Mövqeyini 1 pillə itirən Xorvatiya 1625 xalla 7-ci, Uels 1514 xalla 24-cü, 3 pillə enən Macarıstan isə 442 xalla 45-cı yerə düşüb.

FIFA reytinqinə yenə Belçika millisi başçılıq edir. Bu komandanın aktivində 1746 xal var. Siyahıda ikinci və üçüncü yerləri sahibləri dəyişib. Son dünya çempionu Fransa (1718 xal) 3-cü pilləyə düşüb, Braziliya (1726 xal) isə irəliləyərək 2-ci yerə sahib çıxıb.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
37127 səs