Millimizin oyununun başlama saatı açıqlandı
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – İsveçrə oyununun başlanma saatı müəyyənləşib.
Goal.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, oktyabrın 15-də, Sumqayıt şəhərindəki “Kapital Bank Arena”da keçiriləcək qarşılaşma 20:00-da başlayacaq.