U-21 yığmamızın Fransa və İsveçrə ilə oyunlar üçün heyəti açıqlandı
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə qrup mərhələsində Fransa və İsveçrə yığmaları ilə oyunlar üçün heyəti açıqlanıb.
Goal.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Milan Obradoviç 23 oyunçuya dəvət göndərib.
Qeyd edək ki, U-21 oktyabrın 10-da Kale şəhərindəki “Stade de l'Épopée”də Fransanın, ayın 15-də isə Sumqayıtdakı “Kapital Bank Arena”da İsveçrənin müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşacaq. Komanda oktyabrın 6-da və 7-də, həmçinin 12-dən 16-dək Bakıda, ayın 8-dən 11-dək isə Fransada təlim-məşq toplanışında olacaq.
№ | ADI / SOYADI | KLUB |
1 | Kamran İbrahimov | Neftçi |
2 | Şahin Zəkiyev | Keşlə |
3 | Nicat Mehbaliyev | Sumqayıt |
4 | Amin Seydiyev | Qəbələ |
5 | Turan Manafov | Səbail |
6 | Murad Qayalı | Keşlə |
7 | Nihad Tamazov | Qarabağ |
8 | Anton Krivotsyuk | Neftçi |
9 | Elçin Mustafayev | Sabah |
10 | Hüseyin Seyliğli | Darica Genclerbirliyi (Türkiyə) |
11 | Rafael Məhərrəmli | Zirə |
12 | Hacıağa Hacılı | Qarabağ |
13 | Fərid Nəbiyev | Slaviya Praqa (Çexiya) |
14 | Barış Ekincier | SK Austria Klagenfurt (Avstriya) |
15 | Rövlan Muradov | Qəbələ |
16 | Səbuhi Abdullazadə | Sumqayıt |
17 | Tural Bayramlı | Keşlə |
18 | Şakir Seyidov | Sabah |
19 | İsmayıl İbrahimli | Qarabağ |
20 | Elvin Cəfərquliyev | Sumqayıt |
21 | Ozan Can Kökcü | Sabah |
22 | Süleyman Əhmədov | Sumqayıt |
23 | Doğukan Öksüz | Eyüpspor (Türkiyə) |
Saytda ən çox izlədiyiniz bölmə hansıdır?
XƏBƏRLƏR
VİDEO İCMALLAR