07/10/2019
15:11
1215
| A A A
Azərbaycanın oyununu portuqaliyalı hakim idarə edəcək

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Fransa ilə oyununun hakimləri müəyyənləşib.

Goal.az-ın məlumatına görə, UEFA bu ay baş tutacaq qarşılaşmaya Portuqaliyadan olan hakimlər briqadasını təyin edib.

Oktyabrın 10-dakı görüşü Antonio Emanuel Karvalyo Nobre idarə edəcək. Ona xətt hakimləri Nuno Pereyra və Bruno Alves Xesus kömək edəcək. Dördüncü hakim funksiyasını Elder Malheyro yerinə yetirəcək.

Qeyd edək ki, Kale şəhərində yerləşən “Stad Lepope”də keçiriləcək Fransa - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
37007 səs