08/10/2019
16:46
1464
| A A A
U-19 komandamız Albaniyaya qalib gəldi

19 yaşadək qızlardan ibarət Azərbaycan yığması bu gün Avropa çempionatının seçmə mərhələsində son oyununu keçirib.

Goal.az xəbər verir ki, komandamız Albaniya millisi ilə qarşılaşıb. "Braqa" stadionunda keçirilən görüş yığmamızın qələbəsilə başa çatıb - 1:0.

Qeyd edək ki, millimiz bundan əvvəlki matçlarda Portuqaliya və Almaniyaya 6 cavabsız qolla uduzmuşdu.

Albaniya U-19- Azərbaycan U-19 - 0:1

Qol: Deli, 73

*** 11:10

Futbol üzrə 19 yaşadək qızlardan ibarət Azərbaycan yığması bu gün Avropa çempionatının seçmə qrup mərhələsində sonuncu oyununu keçirəcək.

Goal.az xəbər verir ki, saat 14:00-da Portuqaliyadakı “Cidade Desportiva do SC Braga” stadionunda Albaniya yığması ilə keçiriləcək görüşü kiprli baş hakim Ioanna Allayiotou idarə edəcək. Ona həmyerlisi Dora Myriantea və portuqaliyalı Andreia Sousa kömək edəcəklər. Dördüncü hakim funksiyasını Teresa Alice Pimenta Oliveira (Portuqaliya) yerinə yetirəcək.

Millimiz Portuqaliya və Almaniya komandaları ilə görüşdə 0:6 hesabı ilə məğlub olub.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
39751 səs