10/10/2019
11:47
242
| A A A
Bu gün Azərbaycan millisi Fransa ilə qarşılaşacaq

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.

Goal.az xəbər verir ki, Milan Obradoviçin rəhbərlik etdiyi kollektiv Fransa yığmasının qonağı olacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Matçı portuqaliyalı Antonio Nobrenin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.

İkinci qrupda yer alan Azərbaycan millisi keçirdiyi 3 oyundan 1-də qalib gəlib. Səfərdə Lixtenşteynə 1 cavabsız qolla uduzan komanda, evdə Slovakiyanı 2:1 hesabı ilə üstələsə də, ardınca Gürcüstanla bacarmayıb – 0:3. Fransızlar isə qrupda ilk görüşlərinə çıxacaqlar.

AÇ-2021-in seçmə mərhələsi

II qrup

10 oktyabr

23:00. Fransa – Azərbaycan

Baş hakim: Antoniu Nobre

Stade de l'Epopee

Xal durumu: Gürcüstan – 6, İsveçrə – 3, Slovakiya – 3, Azərbaycan – 3, Lixtenşteyn – 3, Fransa – 0.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
39689 səs