26/10/2019
11:33
1766
| A A A
Futzal millimiz növbəti oyunun keçirəcək

Futzal üzrə Azərbaycan millisi 2020-ci ildə keçiriləcək dünya çempionatının əsas mərhələsi çərçivəsində bu gün Slovakiya ilə qarşılaşacaq.

Goal.az xəbər verir ki, Bakı İdman Sarayında keçiriləcək oyun saat 20:00-da başlayacaq. Bundan öncə Monteneqro yığmasını 3:2 hesabı ilə məğlub edən Joze Alesionun komandası elit raunda vəsiqə qazanmışdı.

Qeyd edək ki, oyunu Ondrej Çerny (Çexiya) idarə edəcək. Ona İngus Puriņş (Latviya) və İngo Heemsoth (Almaniya) kömək edəcək.