28/10/2019
11:52
1100
| A A A
Uels yığmasında ciddi itki

Azərbaycan millisinin AÇ-2020-nin seçmə mərhələsindəki rəqiblərindən olan Uels millisi daha bir itki ilə üzləşib.

Goal.az xəbər verir ki, yığmanın üzvü Co Rodon zədələnib. Swansea klubunda forma geyinən 22 yaşlı müdafiəçi Çempionşipin 13-cü turunda “Brentford”la keçirilən oyunda (0:3) sıradan çıxıb. Növbəti həftə əməliyyat olunacaq Rodonun 2 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilir.

Rodon noyabrın 16-da keçiriləcək Azərbaycan – Uels oyununda iştirak etməyəcək.

Bir müddət əvvəl zədələnən Conni Uilyams da Azərbaycanla oyunda Uels millisinə kömək edə bilməyəcək.

Millinin biabırçı nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
502 səs