15/11/2019
16:16
1902
| A A A
Rüfət Dadaşov millinin heyətindən kənarlaşdırıldı

Azərbaycan millisinin heyətində dəyişiklik olub.

Goal.az AFFA-nın saytına istinadən xəbər verir ki, "Proyssen"in hücumçusu Rüfət Dadaşov heyətdən çıxarılıb.

Buna səbəb onun dünənki məşqdə zədələnməsi olub. Dadaşov Avro-2020-nin seçmə mərhələsində Uels və Slovakiya ilə son oyunlarda iştirak edə bilməyəcək.

Qeyd edək ki, sabah "Bakcell Arena"da Uelsi qəbul edəcək yığmamız noyabrın 19-da Slovakiyanın qonağı olacaq.