13/12/2019
14:50
1612
| A A A
Daha bir yığmanın baş məşqçisi istefaya göndərildi

AFFA İcraiyyə Komitəsi aşağı yaş qruplarındakı milli komandalarla bağlı qərar verib.

Goal.az xəbər verir ki, bu barədə İK-nın üzvü Vafiq Sadıqov məlumat verib. O bildirib ki, U-17 komandasının baş məşqçisi Vüqar Məmmədlə yollar ayrılıb.

Əvəzində U-21-in serbiyalı baş məşqçisi Milan Obradoviç və və U-19-a rəhbərlik edən Samir Əliyevin müqaviləsi uzadılıb.

Qeyd edək ki, AFFA İK Azərbaycanın əsas millisinin baş məşqçisi Nikola Yurçeviçi də istefaya göndərib. (report)