08/01/2020
12:24
2058
| A A A
Millimiz Türkiyə, Uels və Latviya ilə qarşılaşacaq

Milli komandamız Latviya, Uels və Türkiyə ilə yoldaşlıq oyunları keçirəcək.

Goal.az xəbər verir ki, Latviya yığması ilə qarşılaşma Maltada baş tutacaq. Görüş mart ayın sonuna planlaşdırılıb.

Millimiz mayda Türkiyə millisi ilə qarşılaşacaq. Bu matç qardaş ölkədə olacaq.

Daha bir rəqibin isə Uels olması nəzərədə tutulub. Federasiya bununla bağlı britaniyalılarla danışıqlar aparır. AÇ-2020-nin seçmə qrup mərhələsində rəqibimiz olan, eyni zamanda qitə birinciliyinin final mərhələsində iki görüşünü Bakıda keçirəcək Uelslə oyun paytaxtımızda təşkil ediləcək.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
8458 səs