21/01/2020
13:04
1885
| A A A
Xorvatiya - Azərbaycan oyununun hakimləri müəyyənləşib

DÇ-2020-nin elit-raunda mübarizə aparacaq futzal üzrə Azərbaycan millisinin ilk iki oyunu üçün hakim təyinatları açıqlanıb.

Goal.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Xorvatiyanın Osiek şəhərindəki “Qradsk vrt Arena”da yerli komanda və Rusiyaya qarşı keçirəcəyi matçları İtaliyadan olan hakimlər idarə edəcək:

29 yanvar

23:00. Xorvatiya – Azərbaycan

Hakimlər: Angelo Galante, Nicola Manzione, Alessandro Malfer

30 yanvar

20:00. Azərbaycan – Rusiya

Hakimlər: Alessandro Malfer, Angelo Galante, Chiara Perona