30/01/2020
10:00
1685
| A A A
Millimiz Xorvatiyaya uduzub

Ötən gün futzal üzrə Azərbaycan millisi dünya çempionatının elit-raund mərhələsində ilk oyununu keçirib.

Goal.az xəbər verir ki, rəqib Xorvatiya yığması olub. Osiek şəhərindəki “Qradski vrt Arena”da keçirilən matç xorvatların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

C qrupunda bu komandalardan başqa Rusiya və Slovakiya yığmaları da yer alıb. Reqlamentə əsasən, elit-raundda qrup qalibi olacaq 4 komanda birbaşa dünya çempionatına yüksələcək. Qrupları ikinci pillədə başa vuranlar isə "pley-off"da üz-üzə gələcəklər. Mundial 12 sentyabr - 4 oktyabrda Litvada təşkil olunacaq.

Xorvatiya - Azərbaycan - 2:0

Qollar: Luka Periç, 03:02. Franko Yelovçiç, 37:43.

Hakimlər: Angelo Galante, Nicola Manzione, Alessandro Malfer (hamısı İtaliya)

Osiek (Xorvatiya), “Qradski vrt Arena”.