30/01/2020
12:19
2722
| A A A
Ersun Yanal Azərbaycan millisinə rəhbərlik edə bilər

Fenerbahçe-nın baş məşqçisi Ersun Yanal Azərbaycan millisinin baş məşqçisi ola bilər.

Goal.az-ın "Milliyet"ə istinadən verdiyi məlumata görə, 59 yaşlı mütəxəssis Nikola Yurçeviçlə yollarını ayıran Azərbaycan milli komandasının baş məşqçi postuna namizədlər sırasında göstərilir. AFFA İcraiyyə Komitəsinin iclasında onun da namizədliyinin müzakirə olunduğu bildirilir.

Qeyd edək ki, Ersun Yanal 2018-ci ildən Fenerbahçe-nın sükanı arxasındadır. Onun komandası Türkiyə Superliqasında geridə qalan 19 turdan sonra 37 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.