02/02/2020
10:00
1376
| A A A
Millimiz Slovakiya ilə heç-heçə etdi

Futzal üzrə Azərbaycan milli komandası dünya çempionatının elit-raundunda son oyununu keçirib.

Goal.az xəbər verir ki, Joze Alesio Da Silvanın baş məşqçi olduğu komanda Slovakiya yığması ilə üz-üzə gəlib. Xorvatiyanın Osiek şəhərindəki "Gradski vrt Arena"da təşkil olunmuş qarşılaşmada qalib müəyyənləşməyib - 3:3.

Bununla da Azərbaycan millisi C qrupunda mübarizəni 4 xalla başa vurub. Slovakiya isə 1 xalla sonuncu olub.

1 fevral

Azərbaycan – Slovakiya - 3:3

Qollar: Marian Hudek, 08:10. Matuş Çevçik, 30:42. Matuj Kijovski, 39:52 – Rafael Vilela, 16:21. Matuj Kijovski, 28:51-öz qapısına. Bolinya, 39:57.

Xorvatiya, “Qradski vrt Arena”

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
9118 səs