11/02/2020
14:05
5487
| A A A
Qarabağ-ın ən bahalı futbolçusu məlum oldu

Azərbaycan çempionu Qarabag-ın ən bahalı futbolçusu müəyyənləşib.

Goal.az "Transfermarkt"a istinadən xəbər verir ki, Ağdam klubunun ən dəyərli oyunçusu Abdullah Zubirdi. Mərakeş əsilli futbolçuya 1 milyon 600 min avro qiymət qoyulub. O, ötən siyahı ilə müqayisədə dəyərini 100 çin avro artırıb.

Qarabağ-ın ən bahalı oyunçuları siyahısında 2-3-cü yerləri Flip Ozobiçlə Maksim Medvedev tutur. Onların transfer qiyməti 1 milyon 300 min avrodu. Ozobiçin transfer dəyəri 200 min avro azalıbsa, Medvedev qiymətini sabit saxlayıb.
Növbəti yerləri millimizin üzvləri - Bədavi Hüseynov və Mahir Emreli tutur - 1 milyon 200 min avro. Hər iki futbolçunun transfer qiyməti sabit qalıb.
6-7-ci yerlərdə isə Aylton Silva və Qara Qarayev qərarlaşıb. Onlara 1 milyon 100 min avro qiymət qoyulub. 

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
8462 səs